SOCAR “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda “P08 Construction of Repair Workshop” layihəsi üzrə tikinti və tamamlama işləri: karkas, fasad, mühəndis şəbəkələri və bəzək işləri.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda “P08 Construction of Repair Workshop” layihəsi çərçivəsində təmir emalatxanası binasının tamamlama işləri icra olunur.
Hazırkı mərhələdə binanın karkas və örtük işləri əsasən başa çatıb: daş hörgü divarları, dəmir-beton döşəmə tavaları, pilləkənlər və ASK kəmərləri, metal konstruksiya, həmçinin 3.300 m²-dən artıq “sendviç” panel fasad quraşdırılıb. TS binasında tikinti və bəzək işləri yekunlaşıb, daxili suvaq və alçıpan arakəsmə işləri aparılıb, xarici kanalizasiya və su şəbəkələri üzrə qazıntı işləri tamamlanıb.
Növbəti mərhələdə bəzək işləri, bütün mühəndis sistemlərinin quraşdırılması, xarici yolların asfaltlanması, sınaq, işəsalma və obyektin təhvil-təslimi həyata keçiriləcək.
- Daş hörgü divarları (xarici 400 / daxili 200 mm)
- Betontökmə işləri
- D/beton döşəmə tavaları, pilləkənlər və meydançalar
- D/beton ASK kəmərləri və atmalar
- Metal konstruksiya (tirlər, sütunlar, vərəqlər)
- “Sendviç” panel fasad (3.300 m²-dən yuxarı)
- TS binası – tikinti və bəzək işləri
- Tavan alçıpan sistemi
- Daxili divar suvaqı və alçıpan arakəsmələr
- Qapılar, pəncərələr və alüminium işləri
- Kafel, boyaq, döşəmə və son bəzək işləri
- Kanalizasiya (K1) və su xətti
- Buxar xətti və buxar istilik sistemi
- Ventilyasiya və kondisioner sistemləri
- Elektrik təchizatı
- Yanğın siqnalizasiya sistemi
- Video müşahidə və rabitə sistemləri
- Xarici yollar və asfalt örtüyü
- Sınaq, işəsalma və təhvil-təslim





















